Gürcüstan-Azərbaycan trans-sərhəd əməkdaşlıq naminə YES Şəbəkəsinin görüşü və mədəni tur
Pres-reliz Mart 5-6. 2019
Qərb-Resurs VCİD İB Mart ayının 5 Qazax rayonunda “YES” Gənc Sahibkarlar Sinerjisi Şəbəkəsinin sonuncu görüşünü təşkil etdi. Təlim AB və QDRİ – MF tərəfindən maliyyələşdirilən və Şərq Tərəfdaşlığı (EaPTC) Proqramı üzrə həyata keçirilən “Gənc Sahibkarlıq Sinerjisi – trans-sərhəd əməkdaşlıq üçün şəbəkə” layihəsi çərçivəsində Gürcüstan partnyoru Vətəndaş İnkişaf Agentliyi “CİDA” ilə birgə keçirilmişdir. Təlimdə Azərbaycanın Qazax və Ağstafa və Gürcüstanın Qardabani və Saqareco bölgələrindən olan 22 nəfər sahibkar və İşçi qrupu nümayəndələri iştirak etdi. Təlimi Medialog-Aparıcı məsləhətçi – Emin Hüseynzadə keçirdi və onlayn əməkdaşlıq və trans-sərhəd əməkdaşlıq üçün onlayn vasitələrdən istifadə haqqında danışdı. Təlim zamanı YES şəbəkəsinə trans-sərhəd iqtisadi əməkdaşlığıni davam etdirilməsi üçün onlayn vasitələrdən düzgün istifadə qaydaları öyrədildi və interaktiv oyunlarla yadda saxlanıldı.
Günün digər aparıcı eksperti Tofiq Sadıxov Şəxsi İnkişaf üzrə Təlimçi Gender bərabərçiliyi barədə təlim keçirdi. Təlim interaktiv, qrup və fərdi iş formatında həyata keçdi. İştirakçılar Gender anlayışı, Azərbaycanda gender bərabərliyi, gender sahəsində zorakılıq və onunla mübarizə yolları haqqında öyrəndilər.
Təlim bitdikdən sonra, iştirakçılar üçün Çərşənbə axşamı – Novruz şənliy i təşkil olundu – Kosa-Keçəl tamaşası, yumurta toqquşdurması, milli rəqslər, tonqal üstündən hoppanma və bayram süfrəsi.
Növbəti gün, Mart ayının 6-sı Qərb-Resurs İB – YES Şəbəkəsi üçün Şəmkir, Xanlar və Göygöl rayonlarına mədəni tur təşkil etdi. Tur zamanı iştirakçılar Şəmkir rayonunda Alman evləri, kilsəsi, və Dövlət Muzeyini ziyarət etdilər. Xanlar rayonunda isə qədim Alban kilsəsi ilə tanış oldular. Və turun sonunda öz gözəlliyi ilə dünyada tanınan Göygöl gölündən həzz aldılar.
Qeyd etmək istəyirik ki, Şərq Tərəfdaşlığı (EaPTC) Proqramı EaPTC Şərq Tərəfdaşlığı ölkələrinə öz sərhəd bölgələrində davamlı iqtisadi və sosial inkişafa dair ümumi çətinlikləri yerli səviyyədə müəyyənləşdirmək və birgə həll etmək üçün bir imkan yaradır.
Tədbirdən şəkillər .