“Gənc Sahibkarların Sinerjisi (YES!) Gürcüstan-Azərbaycan transsərhəd əməkdaşlığı üçün şəbəkə” layihəsi çərçivəsində bələdiyyə görüşü

İyulun 19-20, 2018 ci il tarixində Qərb – Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (QR İB) “Gənc Sahibkarların Sinerjisi (YES!) Gürcüstan-Azərbaycan transsərhəd əməkdaşlığı üçün şəbəkə” layihəsi çərçivəsində Qazax və Ağstafa şəhər bələdiyyələrində, 50 nəfər müxtəlif sahələrdən olan əsasən, bələdiyyə, statistika, məşğulluq, MKTB, biznes, gənc sahibkarlar və adi vətəndaşlardan ibarət olan iştirakçılar üçün bələdiyyə görüşü keçirdi.  Görüş zamanı layihə rəhbəri Ramil Göyüşov layihənin donorları və layihə haqqında ətraflı məlumat verdi. Layihənin eksperti və Qazax rayon bələdiyyəsinin sədr müavini Vusal İsmaylov və Ağstafa rayon Bələdiyyə müavini, Elmar Vəliyev  Qazax və Ağstafa rayon bələdiyyələrinin əsas prioritet sahələri haqqında iştirakçılara qısa məlumat çatdırdı. Layihənin məsləhətçisi Bakı Biznes Mərkəzinin Qərb nümayəndəliyinin rəhbəri Natiq Qocayev Azərbaycanın Strateji Yol Xəritəsi haqqında, Qazax və Ağstafa rayonları üçün nəzərdə tutulan Sosial-İqtisadi Dövlət Proqramı, Qadınların sahibkarlıqda rolunun artırılması haqqında danışdı və görüşün sonunda verilmiş məlumatlara əsasən, Gürcüstan-Azərbaycan arasında iqtisadi əməkdaşlığın qurulması üçün iştirakçılar tərəfindən təkliflərin irəli sürüldü.

                Bildirmək istəyirik ki, bu Layihə Şərq Tərəfdaşlığı Ərazisi Əməkdaşlığı (EaPTC) Gürcüstan-Azərbaycan proqramı çərçivəsində Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilir və Gürcüstanda Vətəndaş Cəmiyyətinin İnkişafı Agentliyi (CiDA) və Azərbaycanda Qərb – Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (QR İB) tərəfindən icra edilir.

 

Fotolar:

Project implemented by:

 

 

 

 

 

 

Şərh yazın

Your email address will not be published. Required fields are marked *