5, 6 iyul, 2018-ci il Gürcüstanda, Gurjaani bələdiyyəsi, Kaçreti qəsəbəsində Şərq Tərəfdaşlığı Ərazisi Əməkdaşlığı (EaPTC) Gürcüstan-Azərbaycan proqramı çərçivəsində Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Gənc Sahibkarların Sinerjisi (YES!) Gürcüstan-Azərbaycan transsərhəd əməkdaşlığı üçün şəbəkə” layihəsinin tərəfdaşları və maraqlı tərəfləri üçün start-up seminar keçirilmişdir.
Layihə Gürcüstanda Vətəndaş Cəmiyyətinin İnkişafı Agentliyi (CiDA) və Azərbaycanda Qərb – Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (QR İB) tərəfindən icra edilir.
Seminarda 45 nəfərdən ibarət olan layihənin komandası, tərəfdaşları və maraqlı tərəflər iştirak etmişdir.
Tədbir zamanı onların mövcud əməkdaşlıq layihələri və fəaliyyəti, həmçinin müvafiq qanunvericilik haqqında məlumatlar əldə olundu. Bu görüş hər bir iştirakçının rollarını və vəzifələrini, informasiya mənbələrini və daha ətraflı məlumatların toplanması prosesini müəyyən etdi.
Fotolar
Project implemented by: