TƏŞKİLAT HAQQINDA

“Qərb-Resurs” VCİD İB ölkənin humanitar və əməkdaşlığa əsaslanan, ictimai maraqlar  naminə, əsasən, ölkənin qərb bölgəsində (Qazax-Gəncə) fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır.

Birliyin əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması, sosial rifahın təmin edilməsi və demokratik cəmiyyət quruculuğuna dəstək verməkdir. Birliyin əsas vəzifələri aşağıdakılardır:

  • Vətənadaş cəmiyyətinin inkişafina dəstək olmaq;
  • Demokratik dəyərləri təbliğ etmək;
  • insan sağlamlığının qorunmasına yardım etmək
  • infrastrukturun inkişaf etdirilməsi
  • sərhədlərarası münasibət və əməkdaşlığı inkişaf etdirmək
  • sosial problemləri aşkarlamaq və həllinə kömək etmək.
  • İnsan hüquqlarının müdafiəsi və əhalinin hüquqi maariflənməsinə kömək etmək;
  • Sosial problemlərin araşdırılmasına və həllinə kömək etmək;

Bu məqsədləri həyata keçirmək üçün Birlik zəruri institusional və texniki imkanlara malikdir. Açıq Cəmiyyət İnstitutunun-Yardım Fondunun  Qərb Resurs VCİD İB- nə ayırdığı institusional yardım sayəsində yaradılmış  və Qazax rayonunda fəaliyyət göstərən “Qərb Resurs Mərkəzi” bölgə sakinlərinə çeşidli xidmət göstərir.  2012-ci ilin Mart ayından fəaliyyət göstərən Mərkəz  2 istiqamət üzrə fəaliyyət göstərir:

1.  Dəyişiklik və inkişaf yönümlü fəaliyyət çərçivəsində aşağıdakı xidmətlər göstərilir:

  • Araşdırma və İnnovasiyalar;
  • İctimai İnformasiya;
  • Maarifləndirmə;

2. Qayğı və rifahın artırılması fəaliyyət çərçivəsində isə:

  • Hüquqi yardım, sosial məsələlər üzrə konsultasiyalar, və bu mövzularda təlimlərin, konfransların, seminarların, görüşmələrin keçirilməsi kimi xidmətlərin göstərilməsi;
  • Resursların səfərbər olunması;
  • İnsan resurslarının inkişafı